Trio Liedtext

Trio Azerbaijani Military Song – Əsgər Marşı Liedtext

Vətən məni yetişdirib,

Bu ellərə yolladı

Bu torpağa qurban deyib

Allaha ismarladı

Boş oturma, çalış, dedi,

Xidmət eylə Vətənə

Südüm sənə halal olmaz

Sən baş əysən düşmənə

Marş, irəli! Marş, irəli!

Azərbaycan əsgəri!

Dönməz geri, dönməz geri

Azərbaycan əsgəri!

Yastığımız Vətən daşı,

Yorğanımız qar olsun

Biz bu yoldan dönər olsaq

Namus bizə ar olsun!

Nə gözəldir ölmək bizə

Sevgili Vətən üçün,

Yanar ürək yurd eşqilə

Daima için-için

Marş, irəli! Marş, irəli!

Azərbaycan əsgəri!

Dönməz geri, dönməz geri

Azərbaycan əsgəri!